3 yaşlı uşağın əli ətçəkən maşında qaldı

3-yasli-usagin-eli-etceken-masinda-qaldi
Oxunma sayı: 2564

Şəmkirdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Z.Məmmədova evdə nəzarətsiz olarkən əli ətçəkən maşında qalıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Uşağın sol əli biləkdən amputasiya  edilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Amin Nəzərli