3 yaşlı uşaq 15-ci mərtəbədən yıxıldı - Sağ qaldı

3-yasli-usaq-15-ci-mertebeden-yixildi-
Oxunma sayı: 3092

Yaşayış binasının 15-ci mərtəbəsindən yıxılan üç yaşlı körpə sağ qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çində baş verib.

Məlumata görə, ustalar mənzildə eyvanın pəncərələri dəyişən zaman , 3 yaşlı oğlan pəncərədən üzü üstə yerə düşüb. Bədbəxt hadisədən sağ qurtulan uşaq bir neçə ağır sınıq xəsarəti alıb. Körpənin anası “Bu, həqiqətən möcüzədir”-, deyə təəccübünü bildirib.

Aysel Kərimova