3 yaşlı uşaq hovuzda boğuldu

3-yasli-usaq-hovuzda-boguldu
Oxunma sayı: 703

Göygöldə 3 yaşlı uşaq hovuza düşərək boğulub. "Qafqazinfo" APA-ya istiandən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
 
2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu valideynlərin gözündən yayınaraq həyətdəki su hovuzuna düşüb və boğularaq ölüb.
 
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.