3 yaşlı uşaq qaynar südlə dolu qazana düşdü

3-yasli-usaq-qaynar-sudle-dolu-qazana-dusdu
Oxunma sayı: 2074


“Qafqazinfo” Regional TV-yə istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü kənd sakini Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb. Nəticədə 3 yaşlı Arzum ağır yanıq xəsarətləri alıb. 

O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya hər iki aşağı ətrafın, qarının ön divarının və bədənin arxa səthinin sarğı nayihələrinin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. 

Fakt araşdırılır.