3 yerdə yanğın

3-yerde-yangin
Oxunma sayı: 976


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacı və 7 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı elektrik lövhəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın saat 13:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hacıqabul rayonu, Navahı qəsəbəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.