“30-39 yaş aralığında yoluxma sayı daha çoxdur”

30-39-yas-araliginda-yoluxma-sayi-daha-coxdur
Oxunma sayı: 1871

“Son günlərdə yoluxmaların sayında kəskin artım var”.

“Qafqazinfo” xəbər verir ki, bunu brifinqdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

“İyulun 25-də 386 yoluxma faktı qeydə alınıb. İyunun sonunda yoluxma faizləri 1 faizdən aşağı idi. Bu, çox yaxşı göstərici idi. Son günlərdə yoluxma faizi 5 faizə çatır. Bu, çox ciddi artımdır. 30-39 yaş aralığında yoluxma sayı daha çoxdur. Yoluxanların 54 faizi Bakının payına düşür”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 4 milyondan çox vaksin vurulub, 2 milyondan çox insan hər iki doza vaksini qəbul edib: “Bu isə çox yaxşı nəticədir”.

Murad Əhməd