30-cu tur rəqəmlərdə

30-cu-tur-reqemlerde
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2 qarşılaşması aprelin 28-də baş tutacaq tur bazar günü keçiriləcək 4 oyunla tamamlanacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 30-cu turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edib.

XXX tur,
28 aprel (şənbə)

“Turan” (Tovuz) - “Sumqayıt” (Sumqayıt)
+1=1-1, top fərqi – 2:2
Bütün çempionatların iştirakçısı olan “Turan”la Premyer Liqanın debütantı arasında 4-cü duel öncəsi tərəflər arasında mütləq tarazlıq hökm sürür. Lakin Tovuz təmsilçisi öz meydanında rəqibinə xal verməyib.

“Rəvan” (Bakı) - “Kəpəz” (Gəncə)
+0=0-3, top fərqi – 3:6
“Kəpəz” Premyer Liqanın debütantı ilə oyunlarda maksimum nəticəyə imza atıb. Bütün görüşlərdə minimal fərqlə də olsa qalib gələn gəncəlilər “Rəvan”ı xala həsrət qoyub.

“Qəbələ” (Qəbələ) - “Bakı” (Bakı)
+2=2-11, top fərqi – 7:21
“Bakı” 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malikdir. Paytaxt təmsilçisi son 5 oyunda da uduzmayıb.

“İnter” (Bakı) - “Xəzər Lənkəran” (Lənkəran)
+6=11-4, top fərqi – 22:21
Keçirdiyi oyunların yarıdan çoxunda heç-heçə edən rəqiblərin 22-ci dueli öncəsi “İnter” rəqibi üstündür. Rəqiblərin cari mövsüm keçirdiyi oyunlarda isə qol vuran tərəf qalib gəlir.

“Neftçi” (Bakı) - “Qarabağ” (Ağdam)
+15=20-12, top fərqi – 46:38
Premyer Liqada ən çox qarşılaşan rəqiblərin 48-ci matçına qədər “Neftçi” “Qarabağ”la müqayisədə daha çox qələbə qazanıb. Bakılılar 2009-cu ildən sonrakı 5 ev oyununda rəqibinə məğlub olmayıb.

AZAL (Bakı ) - “Simurq” (Zaqatala)
+8=4-3, top fərqi – 23:13
AZAL ardıcıl 5 oyundur xala həsrət qoyduğu “Simurq”la 16-cı dəfə görüşəcək. Bakılılar həm də 7 matçdır ki, rəqibinə uduzmur.

Ceyhun Əhmədov