“3:0 hesablı qələbə qazanmışıq deyə...”- - İbrahim Şehiç

30-hesabli-qelebe-qazanmisiq-deye-
Oxunma sayı: 1210


Bosniya və herseqovinalı qapıçı sabah Azərbaycan kubokunun ¼ final mərhələsində “Bakı”ya qarşı keçirəcəkləri oyundan danışıb. Şehiç bildirib ki, 3:0-lı qələbə hələ növbəti mərhələ demək deyil: “Düzdü, 3:0 böyük üstünlükdür. Amma növbəti mərhələ demək deyil. Biz həm çempionatda, həm də kubokda iddialıyıq. Sabah Bakıya qarşı da öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Biz bu matça da çox ciddi yanaşırıq. İlk qarşılaşmada 3:0 qələbə qazanmışıq deyə özümüzü itirməməliyik. İnanıram ki, bütün futbolçular məsuliyyətli olacaqlar”.