“30 ildir dua edirdik ki, o torpaqlarımızda ibadət edək, azan səsi gəlsin” - Şeyx

“30 ildir dua edirdik ki, o torpaqlarımızda ibadət edək, azan səsi gəlsin”
Oxunma sayı: 944

“Bu gün bayramdır. Bütün dünya müsəlmanlarını və Azərbaycan müsəlmanlarını təbrik edirəm”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təcəpir məscidində bayram namazından sonra deyib.

Şeyx şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıb:

“Əlbəttə, bu ayın özünün gözəlliyi var. 30 ildə birinci dəfədir ki, bu ayı müzəffər kimi qeyd edirik. 30 ildir dua edirdik ki, erməni işğalındakı torpaqlarımızı azad edək, orada dua edək, ibadət edək, azan səsləri gəlsin”.

O bildirib ki, torpaqlarımız öz sahiblərinə qaytarılıb:

“Bu ayda edilən duaların qəbul olmasına inanırıq. Allah dualarımızı qəbul etdi. 44 gün içərisində Ali Baş Komandanımızı rəhbərliyi ilə cəsur hərbçilərimiz 30 il işğalda qalan torpaqlarımızı azad etdilər”.