30 ildir kosmosda dolaşan futbol topu - Üzərində qızının imzasıyla...

30-ildir-kosmosda-dolasan-futbol-topu
Oxunma sayı: 2184

Kosmik stansiyanın şüşəsi ətrafında fırlanan futbol topunun fotosu sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fotonu tvitterdə həmin kosmik stansiyanın komandiri, astronavt Şeyn Kimbro yerləşdirib. Məlum olub ki, futbol topu 1986-cı ildə uçuşa başladıqdan 72 saniyə sonra partlayan Amerikanın Challenger kosmik gəmisinin kosmonavtlarından olan Ellison Onizukaya məxsusdur.

Onizukanın qızının və məktəb yoldaşlarının imzasını daşıyan top 1986-cı ildən bəri dünyanın ətrafında fırlanıb. Stansiyanın şüşəsinə çırpılan topu görən Kimbro isə həmin an gözlərinə inanmayıb. O, topu Ellisonun hazırda 48 yaşında olan qızına verməyi planlaşdırır.