Braziliya polisi çirkli pulların yuyulmasında ittiham olunan milyarder Eyke Batistanın həbsinə order verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, rüşvət almaqda şübhəli bilinən Batistanı İnterpol da axtarır.
Qeyd edək ki, “Forbes”in məlumatına əsasən 2012-ci ildə Batistanın sərvəti 30 milyard dollar qiymətləndirilirdi. O, Braziliyada yaşayan ən varlı adamı edilirdi.
Son xəbərlər
Son Xəbərlər