“30 min manat nə mənədir ki,..”

30-min-manat-ne-menedir-ki
Oxunma sayı: 1808

“Beş ildir ki, bir ideyanı başımda gəzdirirəm. Çəkmək istəyirəm, amma alınmır. Film istehsalı ilə məşğul olan mötəbər şirkətlərdən biri bu ssenarinin çəkilməsi üçün lazım olan bütün texnikanı təmənnasız olaraq verir. Mənə qalır yaradıcı, texniki heyətin pulunu və digər xərcləri ödəmək. Bunun üçün 30 min lazımdır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri rejissor Cavid Təvəkkül sosial şəbəkədə yazıb.

C. Təvəkül bildirib ki, pul üçün döymədiyi qapı qalmayıb:

“Post-production işlərini də bir alman şirkəti öz üzərinə götürür. Bu 30 min manat nə mənədir ki, bu boyda məmləkətdə tapa bilmirik? Getmədiyim yer, döymədiyim qapı qalmadı. Müəllif filminə heç kim pul vermək istəmir. İki il əvvəl Küveytdən və BƏƏ-dən bu ssenarinin çəkilməsinə görə qrant ala bilərdim, verirdilər də, amma istəmədim”.