“30 yaşa qədər plastik əməliyyat nadir hallarda həyata keçirilir”

30-yasa-qeder-plastik-emeliyyat-nadir-hallarda-heyata-kecirilir
Oxunma sayı: 2879

“Referans Medical Group”un Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə Mərkəzi olan Referans Estetik Mərkəzinin estetik, plastik və rekonstruktiv cərrahı, Doktor Xəyal Cəfərov “Qafqazinfo”nun suallarını cavablandırıb.

- Son zamanlar ölkəmizdə estetik və plastik əməliyyatlar dəb halını alıb. Bu əməliyyatların önəmi nədədir?

- Estetik və plastik  əməliyyatlar digər əməliyyatlardan fərqli olaraq bu gün durmadan işıq sürəti ilə inkişaf edir. Demək olar ki, hər gün yeni bir əməliyyat növü və əvvəlki əməliyyatlardan daha təkmilləşmiş şəkilə çevrilir. Bunun üzərində durmadan çalışan xarici araşdırmaçılar hər növ əməliyyatları bizimlə də paylaşırlar. Bu əməliyyatların önəmi insanın sırf xarici görünüşü ilə bağlıdır. Yəni necə ki, üst geyimi biz istədiyimizdə yenisi ilə dəyişə bilirik, eləcə də xarici görünüşümüzdə dəyişiklik edə bilərik. Amma yaddan çıxmamalıdır ki, hər bir əməliyyat çox böyük bir məsuliyyətdir, həm pasiyent həm də həkimin üzərinə düşən məsuliyyətdir.

-Estetik əməliyyatlara hansi yaşdan sonra icazə verilir?

-Burada əsas sual insanın hansı səbəblərə görə xarici görünüşünü dəyişmək istəməsidir. Adətən cərrahlar 25 yaşa qədər üzün sümük və qığırdaq strukturlarına plastik müdaxilə etməyi məsləhət görmürlər, çünki bu müddətə qədər onların son formalaşması davam edir. Bu o deməkdir ki, əməliyyatdan sonra üz hələ də təbii şəkildə dəyişə bilər ki, bu da nəticələrə təsir edəcək.

Qaydaya istisnalar var. Məsələn, ünsiyyətdə komplekslərin və çətinliklərin inkişafının qarşısını almaq üçün hətta məktəbəqədər dövrdə də çıxıntılı qulaqcıqları və anadangəlmə üz deformasiyalarını düzəltmək tövsiyə olunur. Bəzən insan yetkinlik yaşına çatmamış plastik əməliyyatlar edilir. Burada estetik üstünlüklər deyil, yalnız klinik göstəricilər nəzərə alınır. Məsələn, plastik cərrahiyyə görünüşündəki anadangəlmə anatomik qüsurları və ya uşağın aldığı xəsarətlərin nəticələrini düzəldə bilər.

Ümumiyyətlə, 30 yaşa qədər plastik əməliyyat olduqca nadir hallarda həyata keçirilir. Axı, onlar əsasən yaşa bağlı dəyişiklikləri düzəltməyə yönəlib. Bu dəyişikliklər dərinin əsas struktur zülallarının - kollagenin və elastinin konsentrasiyasının azalması ilə əlaqədardır. Dərinin yüksək keyfiyyətli nəmlənməsindən məsul olan bir maddə olan hialuron turşusunun istehsalının azalması da mühüm rol oynayır. 30 yaşına qədər həm zülalların, həm də hialuron turşusunun sintezi normaldır, buna görə də gözəlliyi qorumaq üçün adətən sadə kosmetik prosedurlar kifayətdir: pilinqlər, maskalar, masajlar və s.

- Əsasən hansı əməliyyatlar üçün müraciət edilir?

- Hər il olduğu kimi bu ildə statistikaya əsasən birinci yerdə sinəni implantlarla böyütmə - augmentasyon mammoplastikadır. İkinci yerdə bədən şəkilləndirmə əməliyyatıdır. Buraya həm liposaksiya, lipofilling həmdə abdominoplastika aiddir. Yəni bədən şəkilləndirmə dedikdə sadəcə popofilling – yəni yağların çəkilib popoya transferi nəzərdə tutulmamalıdır. Və nəhayət müraciət edənlərin arasında rinoplastika yəni burun estetik əməliyyatı etmək istəyənlərində sayı çoxdur. Siyahıda say azlığı qaş qaldırma, bişektomiya, bullhorn əməliyyatları olaraq davam edir.

-Əməliyyat neçə dəfə təkrar aparıla bilər?

- Əslində heç bir əməliyyat təkrar aparılmamalıdır. Çünki, bizə müraciət edən pasiyentlər hansısa bölgənin daha da yaxşılamdırmaq məqsədi ilə müraciət edirlər. Amma burada böyük rol oynayan faktorlar var, bunlar kontrakturlar və ya bariatrik cərrahiyyədən sonrakı əməliyyatlardır ki, bunlar tam ideal nəticə əldə etmək üçün bir neçə etapla etmək daha düzgün olar. Və ən böyük təsir edən hissə əməliyyatdan sonra reabilitasiya dövründə həkiminizin məsləhətlərinə riayət etməkdir. Düzgün sağalma dönəmi getməsə yenidən əməliyyat etmək məcburiyyətində qalırıq.

- Əməliyyatdan nə qədər vaxt sonra adi həyat rejiminə qayıtmaq olar?

- Bu 1 gündən 7 günədək dəyişə bilər. Yəni hər bir əməliyyatın əməliyyatdan sonrakı reabilitasiya dövrü fərqlidir. Məsələn, rinoplastika, mammoplastika, blefaroplastika, liposaksiyadan 1-2 gün sonra normal həyata dönmək olar. Amma üz gərmə, qaş qaldırma, abdominoplastika, dəri köçürmədən sonra yaxşı olar ki, ən azı 3-4 gün ev şəraitində qalasınız.

- Estetik əməliyyatların müsbət və mənfi cəhətləri hansılardır?

- Heç bir estetik əməliyyatın mənfi cəhəti yoxdur. Hər bir estetik əməliyyatın fərq etməz, bir göz estetik əməliyyatı olsun və ya 7-8 saatlıq bir bir rekonstruktiv əməliyyat olsun bu əməliyyatların hamısını bizə müraciət edən xəstələrin daxili dünyalarını xoşbəxt etmək üçün edirik.

- Sizə xarici ölkələrdən müraciətlər olurmu? Bizimlə fərq nədədir?

- Əlbəttə ki, bizə də xarici ölkələrdən müraciətlər olur. Bəzi ölkələrlərlə müqayisədə bizim bu sahədəki inkişafımız heç də geriyə qalmır. Mənə müraciət edən xəstələrimin dediyinə əsasən deyə bilərəm ki, bəzi xarici ölkələrdə həkimlər sadəcə protokollara uyğun əməliyyat edirlər, estetik cərrahiyyədə biraz həkim dünyagörüşü və zövqlü baxışları da olmalıdır. Yəni eyni əkiz bacı və ya qardaşın üz cizgilərində də fərq var. Və hər bir insana individual yanaşma olmalıdır.

- Son 10 ildə plastik əməliyyatlarla bağlı “dəb” necə dəyişib?

- Son 10 ildə plastik cərrahiyyədə dəyişiklik çoxdur. Misal üçün, əvvəllər müraciət edənlər arasında daha çox böyük və kombinə əməliyyatlar istənilirdisə, bugünkü gün daha çox az invaziv cərrahiyyə daha öndədir. Yəni, üz gərmə istəyən xəstələr artıq böyük həcmli və əməliyyat sonrakı reabilitasiya dövrü daha az olan əməliyyatlar, göz qapağı, bişektomiya və bullhirn edərək az cərrahi müdaxilə istəyirlər və bu da mümkündür. Tələbat artıq əməliyyat olunub dəyişmək deyil, az invaziv cərrahi müdaxilə və normal iş həyatına tez dönməkdir.

- Olurmu ki, plastik əməliyyata heç bir ehtiyac olmasın, lakin pasiyent əməliyyata girməkdə iddialı olsun? Belə hallarda nə edirsiniz, pasiyentlə razılaşırsınız, yoxsa onu fikrindən daşındıra bilirsiniz? Əməliyyatdan imtina etdiyiniz olubmu?

- Elə hallar çox olur. Belə xəstələrə, əlbəttə ki, mən imtina edirəm. Heç bir kompleks yaşamayan, lakin ani bir hiss üçün, özünü kiməsə bəyəndirmək və ya daha da dəhşətlisi kimsə edib deyə, mən də əməliyyat edim deyən pasiyentlər də olur. Belə pasiyentlərə ilk növbədə mən ümumi vəziyyəti başa salıram, hətta 1 saatdan çox danışdığım xəstəm olub ki, əməliyyatsız geri qayıdıb. Çünki, doğrudan da buna ehtiyac olmayıb.

- İndi plastik cərrahlar çoxdur, xüsusən instaqram səhifələrində öz işlərini paylaşırlar. Bəs plastik cərrahı seçmək üçün nəyə fikir vermək lazımdır: pasiyentlərin rəyləri əsas götürülməlidir, həkimlərin paylaşdıqları “əvvəl/sonra” fotolarına baxmaq lazımdır, yoxsa başqa kriteriyalar nəzərə alınmalıdır?

- Əslində, plastik cərrahı seçməkdə ən əsas kriteriya həkimə olan inamdır. Əlbəttə ki, “əvvəl/sonra” şəkillərə də baxmaq lazımdır, həkimin işləri ilə tanışlıq olmalıdır. Amma, məncə, ən əsas kriteriya həkimin sizi necə qarşılaması, hansı mövzuların müzakirəsi, həkimlə pasiyentin bir-birini başa düşmələridir. Onun psixoloji vəziyyəti haqqında danışmalıdırlar. Çünki hər bir əməliyyat sadə bir blefaroplastika əməliyyatı da bədən üçün çox böyük “şokdur” və bədən bütün prosesləri tənzimləyib bərpa etmək üçün reabilitasiya dövrü var və bu dövrü ən az psixoloji travma ilə keçirmək lazımdır.

-Əksər hallarda qadınlar plastik əməliyyatlar etdirirlər. Bəs kişi pasiyentləriniz də olurmu? Olursa, daha çox hansı problemlərlə müraciət edirlər?

-Bəli, 7-8 il öncə müraciət edən xəstələrin 10-dan 1-i kişi pasiyent olurdusa, hazırda 10 pasiyentdən 3-4-ü kişidir. Müraciət edənlərin ən çox istədikləri əməliyyatlar burun əməliyyatıdır, liposaksiya və ginekomastiyadır. Kişi pasiyentlərin də kompleksləri olur və plastik cərrahiyyəyə müraciət etmələri çox  normaldır, bundan heç də utanmaq lazım deyil.

-Oxuculara hansı tövsiyələriniz var?

- Sonda oxuculara məsləhətim öz bədənlərini sevmək, çalışıb qəbul etmək, qəbul olmasa belə dəyişmək üçün həkim seçimini yaxşı araşdırıb düzgün seçim etmək arzulayıram.

Ətraflı məlumat: *0033

Əlaqə nömrəsi: +994 77 371 00 33
Ünvan: M.Araz küç. 105A

İnstaqram: referans_estetik

Facebuk: Referans Estetik Mərkəzi