“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, ifaçı dünyasını dəyişən həyat yoldaşı barədə ilk dəfə açıqlama verib. "Bircə dəfə ərə getmişəm. Oxuduğum toyların birində həyat yoldaşımın oynadığı yerdə ürəyi dayandı. 30 yaşında dul qaldım. 11 il evli olmuşuq. Bu evlilikdən də iki övladım var. Yenidən ailə qurmaq barədə heç düşünmədim. Özümə sığdırmadım ki, övladlarıma başqası atalıq etsin".
Meyxanaçı şəxsi həyatında birinin olub-olmamasına da aydınlıq gətirməyə çalışıb.
"Heç kim deyə bilməz ki, həyatında heç kim yoxdur. Tanışlarım, dostlarım çoxdur. Heç vaxt məni tək qoymayıblar".
Son xəbərlər
Son Xəbərlər