Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 2-də saat 24 radələrində, Ramana qəsəbəsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Ramil Müseyibov bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Museyibova ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nicat Rzaquliyev tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər