30 yaşlı kişi dənizdə batdı

30 yaşlı kişi dənizdə batdı
Oxunma sayı: 2175

Xaçmazda 30 yaşlı kişi dənizdə batıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 500 metr aralı, nəzarətsiz ərazidə baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1992-ci il təvəllüdlü Quliyev Namiq Eynulla oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.