30 yaşlı türkiyəli qız alman hersoqa ərə getdi - Fotolar

30-yasli-turkiyeli-qiz-alman-hersoqa-ere-getdi
Oxunma sayı: 9129

Hande Macit adlı türkiyəli 30 yaşlı qadın Almaniyanın Mecklenburg-Vorpommern vilayətinin vəliəhd şahzadəsi Georg Aleksandr ilə ailə həyatı qurub və hersoginya titulunu qazanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin şəhərində dünyaya gələn Hande Macit 12 il əvvəl təhsil almaq üçün Niderlandın Rotterdam şəhərinə yollanıb.

H.Macit şahzadə Georg ilə burada bir dostunun təşkil etdiyi şənlikdə təsadüfən tanış olub. Onun sözlərinə görə, 31 yaşlı Georg ilə tanış olduqda onun şahzadə olduğundan xəbərsiz olub.

O bildirib ki, şənlik zamanı Georg ona yaxınlaşıb və onlar bir müddət söhbət etdikdən sonra onun telefon nömrəsini götürüb.

Hande Macit qeyd edib ki, bundan bir həftə sonra Georg Almaniyadan Niderlanda gəlib. O qeyd edib ki, Georgun şahzadə olduğunu tanış olduqlarından iki həftə sonra öyrənib.

Cari ilin iyun ayında nikah bağlayan cütlük üçün sentyabrın 17-də hersoqluq mərasimi təşkil edilib. Hazırda Rotterdamda yaşayan Hande Macit və şahzadə Georg gələcək illərdə Mecklenburga köçməyi planlaşdırır. Qeyd olunur ki, cütlük 2020-ci ilin dekabrında Niderlandda nişanlanıb.

Bildirilir ki, Niderland vətəndaşı olan Hande qardaşı Kerem Macit ilə “Luwia” brendinin əsasını qoyublar və şirkət qatıq istehsalı ilə məşğul olur. Şahzadə də hazırda sözügedən şirkətin şəriki olaraq çalışır.