300-dən artıq sürücü ilə görüş...

300-den-artiq-surucu-ile-gorus
Oxunma sayı: 1309

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətlərindən istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. 

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərdən biri də mütəmadi olaraq sürücülərlə görüşlərin təşkil edilməsi, onlarla maarifləndirici söhbətlərin aparılmasıdır.

“Xaliq Faiqoğlu” MMC-nin müasir tələblərə cavab verən Təmir Mərkəzində keçən həftə boyu təşkil edilən görüşlərə ümumilikdə 300-dən artıq sürücü cəlb edilib. Şirkətin təsisçisi Faiq Seyidov sürücülər qarşısında çıxış edərək onlara sərnişinlərlə nümunəvi münasibətlərin qurulması istiqamətində müvafiq tövsiyələrini verib. Şirkət rəhbəri hər bir sürücünün yollarda və sərnişinlərlə davranışda məsuliyyətli olmasını, ictimai nəqliyyat sahəsində onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.