300-dən çox sakin yataqxanadan təxliyə edilib - Fotolar

300-den-cox-sakin-yataqxanadan-texliye-edilib
Oxunma sayı: 2794

Xəbər verdiyimiz kimi, avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək  yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyə edilib.