300 min avro ödədi, həbsxanadan çıxdı

300-min-avro-odedi-hebsxanadan-cixdi
Oxunma sayı: 705

Korrupsiya ittihamı ilə 18 iyulda həbs edilən İspaniya Futbo Fedrasiyasının prezidenti Anxel Mariya Villar kəfalətlə sərbəst buraxılıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Vilların kəfalətlə sərbəst qalması üçün 300 min avro ödənilib.

Qeyd edək ki, Villar 2010-cu ildə Ali İdman Şurasıından 1,2 milyon avro qanunsuz pul almaqda ittiham edilir.

O, həbs edildikdən sonra Federasiyadakı vəzifəsi dondurulub. UEFA və FİFA-da isə vite-prezidentlikdən istefa verib.