31 il sonra Xocalıda dəfn olundular... - Fotolar

31-il-sonra-xocalida-defn-olundular
Oxunma sayı: 3922

31 il sonra qalıqları tapılan yeddi nəfər Xocalı soyqırımı qurbanı dəfn edilib.

“Qafqazinfo”nun məlumatına görə, müxtəlif işgəncələrlə öldürülən şəxslərin qalıqları Xocalı şəhərində yeni salınmış Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Yaxınları şəhidlərlə acılar içində vidalaşıblar. Dəfn mərasimi milli adət-ənənəyə və şəriətə uyğun keçirilib.

Mərasimdə mərhumların yaxınları, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Sail Ağasəlim

Fotolar: Xəyal Vəlizadə