31 yaşlı kişi faciəli şəkildə öldü

31-yasli-kisi-facieli-sekilde-oldu
Oxunma sayı: 2534

Yevlaxda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, Yevlax rayon Malbinəsi kənd sakini, 1990-cı il təvəllüdlü Mehrəliyev Vüsal Məhəmməd oğlu kənddə elektrik transformatorunda mis və alüminium naqillərini kəsərkən onu elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli