Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.