Gəncədə döyülmə faktı qeydə alınıb.
“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, Göygöl rayon Yeni Qızılca kənd sakini, 1985-ci il təvəllüdlü Surxay Səttarov qapalı kəllə beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
S. Səttarovun Gəncədə naməlum şəxs tərəfindən döyüldüyü bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər