Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 16-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Mayın 23-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son xəbərlər
Son Xəbərlər