32 il ağır yaşayışdan sonra yenidən doğma Şuşada - Video

32-il-agir-yasayisdan-sonra-yeniden-dogma-susada
Oxunma sayı: 2123

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanaların birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsi veteranı Əbülfət Əsədov ailəsi ilə birlikdə doğma Şuşaya köçüb.

“Qafqazinfo” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, o bu illər ərzində doğma torpaqların həsrətini çəkdiyini bildirib.

Ə. Əsədov sonuncu dəfə Şuşada 1992-ci il aprelin 24-ü olub. Təxminən bir həftə sonra Şuşa işğal olunub: “Evliliyimizin 32-ci ilidir. Toy üzü görməmişik, qismət olmayıb. Şuşa işğal olunmuşdu, şəhidlər vermişdik deyə toy eləmədik, “ZAQS”a gedib qol çəkdik. Həsrətlə gözləyirdik ki, Şuşaya gedək.

... Çox şükürlər olsun ki, Şuşamıza gəlib çıxdıq. Burada gözəl evlər tikiblər. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə  rəhmət eləsin!”

Daha ətraflı videomaterialda: