32 kv-lıq evdə yaşadığını deyib ağladı - Video

32-kv-liq-evde-yasadigini-deyib-agladi
Oxunma sayı: 4640

Əməkdar artist Firuzə İbadova evinin kiçik olduğundan üç nəfərlə yaşamaqda çətinlik çəkir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, "Günün sədası" verilişində danışıb. 

Müğənninin evindən çəkilən görüntülər yayımlanıb. İbadova bildirib ki, ipotekaya götürdüyü evindən borclar hələ də qalıb:

“Evə daxil olarkən çox üzülürəm. Ruhumdakı sənəti bu evə necə sığdırım? Qızım, övladı və mən qalırıq. 32 kvadratmetrdir. Pandemiyadan sonra borcumu verə bilmədim".

Yaşayışından giley-güzar edən F. İbadova göz yaşlarına hakim ola bilməyib.