Türkiyənin “Antalyaspor” klubunun yeni prezidentinin adına aydınlıq gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu gün komandada prezident seçkiləri baş tutub. Komandanın yeni prezidenti Ali Şafak Öztürk olub. 32 yaşlı iş adamına bu vəzifə uğrunda heç bir rəqib olmayıb və o, əvvəlcədən bəlli olduğu kimi klubun yeni prezidenti olub.
Qeyd edək ki, "Antalyaspor”un bundan əvvəlki prezidenti Gültəkin Gəncər idi.
Son xəbərlər
Son Xəbərlər