32 yaşlı dekan müavini dənizdə boğuldu - Fotolar

32-yasli-dekan-muavini-denizde-boguldu
Oxunma sayı: 11297

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan müavini Tural Qasımov dənizdə boğulub. 

Universitetdən “Qafqazinfo”ya bildirilib ki, biologiya üzrə fəlsəfə doktoru olan T. Qasımov Kimya və Biologiya fakültəsinin dekan müavini olub. 

32 yaşlı T. Qasımov subay imiş. Mərhum dünən Ramana qəbiristanlığında dəfn olunub. 

Günel Hacı