Gədəbəy rayonunda 32 yaşlı şəxs əmisini öldürüb, onun arvadını yaralayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə rayonun Qurudərə kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmyaıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna 5 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Daha sonra əmisinin arvadı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyin qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər