32 yaşlı kişi özünü asdı

32-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 1586

Gəncədə intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 9-da qeydə alınıb. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.