32 yaşlı kişini at vurdu, vəziyyəti ağırdır

32-yasli-kisini-at-vurdu-veziyyeti-agirdir
Oxunma sayı: 1536

Bərdə rayonunda at 32  yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun otuzikilər kəndində baş verib.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Şükürov Asəf Etibar oğlu atın vurduğu zərbədən ağır xəsarət alıb. Yaralı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
 
Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli