Bu gün 1984-ci ildə anadan olmuş Salyan rayonu Həsənli kənd sakini Abdullayev Rahat Elman oğlunu elektrik cərəyanı vurub.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, hadisə ehtiyatsızlıq üzündən baş verib. Belə ki, xəsarət almış şəxs bağındakı elektrik su nasosunu işlədərkən təhlükəsizlik qaydalarına riayət etməyib.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər