32 yaşlı qadını yük maşını vurub öldürdü

32-yasli-qadini-yuk-masini-vurub-oldurdu
Oxunma sayı: 1485

Yolu keçən qadını avtomobil vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralında, Yevlaxın Aran qəsəbəsi ərazisində baş verib. 

32 yaşlı Vüsalə Mustafayevanı yolun digər tərəfinə keçən zaman yük avtomobili vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli