32 yaşlı qadının meyiti evində tapıldı

32-yasli-qadinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 3005

Salyanda evdən qadın meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, Cəlilabad rayon sakini 1989-cu il təvəllüdlü Quliyeva Fatimə Yusif qızının meyiti Salyan rayonunda yaşadığı evində ailə üzvləri tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli