3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

3225-ecnebiye-muveqqeti-yasama-icazesi-verilib
Oxunma sayı: 1253

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dan “Qafqazinfo”ya verilən məlumata görə, bundan başqa, ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib. 

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikada müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.