“Hazırda “3+3” regional platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq gedir”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
Xatırladaq ki, “3+3” çərçivəsində növbəti görüşün Ankarada keçirilməsi planlaşdırılır.