33 nəfər terrorçuların əsirliyindən xilas edildi

33-nefer-terrorcularin-esirliyinden-xilas-edildi
Oxunma sayı: 822

Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasına qarşı əməliyyat keçirib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Borno əyalətinin Bama bölgəsində keçirilən əməliyyat nəticəsində 33 nəfər əsirlikdən azad edilib.

Onlardan 12-si qadın, 13-ü isə uşaqdır.

Həmçinin, 6 terrorçu məhv edilib. Terrorçuların sığınacağından çoxlu sayda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, “Boko Haram” 2009-cu ildən bu günə qədər Nigeriyada 20 minə yaxın insanın ölümünə səbəb olub.