“3+3” platformasının ikinci iclasına hazırlıq gedir

33-platformasinin-ikinci-iclasina-hazirliq-gedir
Oxunma sayı: 1372

Cənubi Qafqaz üzrə “3+3” platformasının (Azərbaycan, Gürcüstan, Ermənistan – Rusiya, Türkiyə, İran) ikinci iclasına hazırlıq gedir.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS”a müsahibəsində deyib.

Onun sözlərinə görə, iclas cari ilin birinci yarısının sonuna qədər baş tuta bilər.

Qeyd edək ki, “3+3” platformasının ilk iclası 2021-ci il dekabrın 10-u Moskvada “3+2” formatında keçirilib. Gürcüstan hələ platformaya qoşulmaqdan imtina edir.