“33 yaşım var, mənə qadağa qoymaq olmaz...” - Fotolar

33-yasim-var-mene-qadaga-qoymaq-olmaz
Oxunma sayı: 4338

“Axır vaxtlar filmlərin təqdimatları çox olur. Təki qala gecələri çox olsun. Məncə, insanlar bir az istirahət etməlidir. Biz filmin izləyici tərəfindən qəbul olunmağını istəyirik”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında aktrisa Könül Nağıyeva söyləyib.

Aktrisa rol aldığı “Kız kaçıran” filmini təmtəraqlı təqdim etməməsinin səbəbini açıqlayıb:

“Qala gecələrini isə özümüz üçün təşkil edirik. Jurnalistlər gəlir, bizi çəkilər, müsahibələr veririk və.s Bunlar adət olunmuş bir şeydir. Həqiqiətəndə ailəmlə bilet alıb filmi izləməyə gəlmişəm. İzləyici nə qədər yaxşı olarsa, film bir o qədər uğurlu olacaq. Qala yox, filmə izləyici uğur gətirir. Filmin izləyici tərəfindən qəbul olunmasının 90 faizi şansla bağlıdır.

 

İnsanların psixologiyası, sosial statusu hər zaman dəyişir. Ona görə də, insanların həmin an nəyə ehtiyacı olduğunu bilmək olmur. Bir müddət insanlar ağlamaq, bir müddət isə gülmək istəyirlər. Ən əsası rejissor və aktyorlar tərəfindən keyfiyyətli iş ortaya qoyulsun. Bəzən də təəssüflənirik. Çünki filmə böyük məbləğdə pul xərclənir”.

Saç düzümündə dəyişiklik edən xanım aktrisa onu Kruza oxşatdıqlarını qeyd edib:

“Saçımı bu gün kəsdirmişəm. Dedim ki, filmimin təqdimatı, fərqli görünüm. Bir ara uzun saçlarımı çox qısa kəsdirmişdim, indi isə bir az dəyişiklik etmək qərarına gəldim. Sözün açığı bir az gənc görünmək istədim, bunun başqa bir səbəbi yoxdur. Penelopa Kruzun bir fotosunu gördüm. Saç düzümü xoşuma gəldi, mən də elə etmək istədim. Türkiyədə məni Kruza çox oxşadırlar”.

Aktrisa artıq ailəsi ona qadağa qoymadığını da əlavə edib:

“Bu gün filmi ailəmlə birgə izləyəcəm. Əvvəl ailəm çox şeyə icazə vermirdi. Onlar bir tərəfdən ciddi, digər tərəfdən isə tolerantdılar. Artıq 33 yaşım var, mənə qadağa qoymaq düzgün deyil. Onsuz da ailəmin bütün arzularını həyata keçirmişəm. Atam Moskvada yaşayır, mənə zəng vurub təbrik etdi. Ən böyük qüvvəm ailəmdir. Oğlum bu gün burada yoxdu. Türk dilini yaxşı başa düşmür. Onun da bu sahəyə böyük marağı var. Balaca olduğu üçün bura gətirməmişəm”.

Könül Nağıyeva şəxsi həyatı barədə bəzi məqamlara da aydınlıq gətirib:

“Şəxsi həyatımda heç kəs yoxdur, yaxın zamanlarda da olmayacaq. Hazırda işimlə bağlı özümə hədəflər qoymuşam. Hədəflərimə şəxsi həyat maneə olur. İnsanların sevgiyə ehtiyacı olur, ancaq hələlik şəxsi həyatımı dondurmuşam. Kiməsə aşiq olsam bütün fikrim onda qalacaq... Bu mənə lazımdı? Hələ buna hazır deyiləm, istəmirəm”.