33 yaşlı aktyor xərçəngdən öləcəyini açıqladı

33-yasli-aktyor-xercengden-oleceyini-aciqladi
Oxunma sayı: 2716

Britaniyalı aktyor Maykl Sleqqs xərçəng xəstəliyindən öləcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı aktyorun sözlərinə görə, ömrünə lap az qalıb və vəziyyəti gündən-günə pisləşir. Sleqqs son günlərini evdə ailəsinin yanında keçirmək istədiyini deyib. 

Aktyorun səhhəti ilə bağlı problem hələ 2018-ci ildən başlayıb. Xərçənglə yanaşı, onun ürək çatışmazlığından əziyyət çəkdiyi məlumdur. 

Qeyd edək ki, Sleqqs çəkildiyi sonuncu serialında da xərçəngdən ölən gənc obrazını canlandırıb.