Qəbələdə sakini göldə boğularaq ölüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Uludaş kəndində baş verib.
Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Mürsəliyev Müşfiq Mirağa oğlu kənd ərazisində yerləşən göldən su götürmək istəyərkən gölə yıxılıb və boğulub.
M.Mürsəliyevi Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər