33 yaşlı kişi intihar etdi

33-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 9534

Şirvanda 33 yaşlı kişi intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Tural Hüseynli