33 yaşlı kişinin kanalda meyiti tapıldı

33-yasli-kisinin-kanalda-meyiti-tapildi
Oxunma sayı: 3808

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.

 "Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

S.Müzəffərovun meyiti batdığı yerdən təqribən 30 km aralıda tapılaraq, kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.