330 minə neçə serial çəkmək olar?

330-mine-nece-serial-cekmek-olar
Oxunma sayı: 644

Şuradan ANS PRESS-ə verilən məlumata görə, Milli Televiziya və Radio Şurası tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20-ci bəndinin və “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamının tələbləri rəhbər tutularaq ilkin mərhələdə milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar birdəfəlik müqavilə bağlanılması yolu ilə ümumrespublika teleradio yayımçılarının hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edilib.