3360 manat aliment borcu yığılan kişiyə ağır cəza

3360-manat-aliment-borcu-yigilan-kisiye-agir-ceza
Oxunma sayı: 2777

Ağdaşda məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəməyən şəxs həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Ləki qəsəbə sakini, 1987-ci il təvəllüdlü B.Həsənov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə iş açılıb. İşə Ağdaş Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, Həsənov 2005-ci ildə ailə həyatı qurduğu xanımından 2017-ci ildə boşanıb. Məhkəmə onun 2007 və 2009-cu il təvəllüdlü övladlarının anasında qalmasına və Həsənovun uşaqların hər biri üçün hər ay 120 manat (ümumilikdə 240) manat aliment ödəməsinə hökm edib.

Xəbəri rus dilində oxuyun: Агентский банкинг уже в Габале

Lakin geridə qalan müddətdə B.Həsənov alimenti ödəməyib və onun 3360 manat borcu yaranıb.

Məhkəmədə çıxış edən B.Həsənov hazırda başqa qadınla qeyr-rəsmi nikahda yaşadığını, maddi imkanının zəif olduğunu və alimenti ödəyə bilmədiyini deyib.

Ağdaş Rayon Məhkəməsinin mayın 11-də çıxardığı hökmə əsasən, 35 yaşlı kişiyə alimenti ödəmədiyinə görə 10 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Nizam Rza