34 mindən çox abituriyent ixtisas seçimi etdi -

34-minden-cox-abituriyent-ixtisas-secimi-etdi-
Oxunma sayı: 2484


"Qafqazinfo" xəbər verir ki, 10 avqust saat 12:00-a olan məlumata görə ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

“Qafqazinfo”