“34 ölkə BRICS-ə qoşulmaq istəyir”

34-olke-brics-e-qosulmaq-isteyir
Oxunma sayı: 2660

“Artıq 34 ölkə BRICS-ə qoşulmaq niyyətini ifadə edib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda BRICS ölkələrinin təhlükəsizlik məsələləri ilə məşğul olan yüksəksəviyyəli nümayəndələri ilə görüşdə deyib. 

Onun sözlərinə görə, qrupun üzvləri bir çox dövlət tərəfindən BRICS-ə artan marağı diqqətdən kənar qoya bilməyib. 

Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır. Onu da bildirək ki, Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.