“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonunun Ulacalı kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Onun cəsədinin axtarışı üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər