Abşeron rayonunda qətl hadisəsi olub.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Saray qəsəbəsində 34 yaşlı Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı qayınata Tayırov Tayır İdayət oğlu saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər